ABŞ-da magistral yolda piyada körpüsü çöküb, 5 nəfər yaralanıb

ABŞ-da magistral yolda piyada körpüsü çöküb, 5 nəfər yaralanıb
# 24 iyun 2021 03:20 (UTC +04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda magistral yolun üzərində piyadaların keçidi üçün nəzərdə tutulmuş körpü çöküb.

APA xəbər verir ki, bu barədə şəhərin Yanğın və xilasetmə xidmətinin “Twitter” səhifəsində bildirilib.

Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə körpünün altından yanacaqla dolu yük maşını keçərkən baş verib. Təcili yardım xidməti yanacaq çənində sızmanın baş verməməsi üçün müvafiq tədbirlər görüb.

Yük avtomobilinin körpüyə çırpılması nəticəsində hadisənin baş verdiyi ehtimal olunur.

Faktla bağlı polis tərəfindən istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR