ABŞ-da məktəbdə 4 nəfəri silahla yaralayan şəxs saxlanılıb - FOTO - YENİLƏNİB-1

ABŞ-da məktəbdə 4 nəfəri silahla yaralayan şəxs saxlanılıb - FOTO  - YENİLƏNİB-1
# 06 oktyabr 2021 23:10 (UTC +04:00)

ABŞ-ın Arlinqton şəhərindəki məktəbdə silahlı insident törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“Şübhəli şəxs heç bir insident olmadan saxlanıldı, ona qarşı ağırlaşdırılıcı şəraitdə odlu silahla hücum ittihamı irəli sürülüb”, - məlumatda belə deyilir.

Polis idarəsindən bildirilir ki, 4 nəfərin yaralandığı atışmanı 18 yaşlı məktəb şagirdi Timoti Corc Simpkins törədib.

***

Saat 22:15

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 4 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Arlinqton polis idarəsi rəisinin köməkçisi Kevin Kolbye brifinqdə məlumat verib.

“Dörd yaralımız var”, - Kolbye belə deyib və əlavə edib ki, onlardan ikisi odlu silah yarası alıb.

Bildirilir ki, atışmanı şagirdlərdən biri əlbəyaxa dava zamanı törədib.

***

Saat 20:31

ABŞ-ın Texas ştatındakı Arlinqton şəhər məktəbində baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “KTEN” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə yerinə çox sayda polis əməkdaşı və bir neçə təcili tibbi yardım maşını cəlb olunub. Arlinqton polis idarəsi “Twitter”də əməkdaşlarının məktəbdə atışma ilə bağlı araşdırma apardığını təsdiqləyib.

“Fox-4” telekanalının məlumatına görə, insident zamanı 3 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar. Ölənlərin olması ilə bağlı hələlik bir məlumat yoxdur.

“CBS” telekanalının yerli şöbəsi məktəbin hələ də mühafizədə olduğunu qeyd edib. Ehtimal olunur ki, silahlı şəxs hələ də binadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR