ABŞ-da məktəbdə atışma nəticəsində bir şagird ölüb

ABŞ-da məktəbdə atışma nəticəsində bir şagird ölüb
# 02 sentyabr 2021 04:10 (UTC +04:00)

ABŞ-ın Şimali Karolina ştatının Vinston-Salem şəhərindəki məktəbdə atışma olub.

APA xəbər verir ki, bu barədə yerli polis idarəsinin “Twitter” səhifəsində məlumat verilib.

Polis rəisi Katrina Tompson bildirib ki, hadisə “Maunt-Tabor” məktəbində baş verib. Açılan atəş nəticəsində bir şagird ağır yaralanıb, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər şagirdlərin təhlükəsizliyi təmin edilib. Atəş açan şəxsin kimliyi barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR