ABŞ-da məktəbdə atışma zamanı 2 nəfər yaralanıb

ABŞ-da məktəbdə atışma zamanı 2 nəfər yaralanıb
# 20 sentyabr 2021 22:59 (UTC +04:00)

ABŞ-ın Virciniya ştatının Nyuport-Nyus şəhərindəki məktəbdə baş vermiş atışma nəticəsində azı iki nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin saytında məlumat verilib.

“İki nəfər həyatları üçün təhlükəli olmayan güllə yaraları ilə xəstəxanaya yerləşdirilib”, - deyə polisdən bildiriblər.

Polis yaralananlar və şübhəli şəxs haqqında məlumat verməyib və araşdırma aparıldığını qeyd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı digər məktəblərdə atışma olmadığını bildiriblər.

“NBC” telekanalının məlumatına görə, hər iki yaralı 17 yaşındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR