ABŞ-da məktəbdə silahlı insident olub

ABŞ-da məktəbdə silahlı insident olub
# 30 sentyabr 2021 21:40 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində ibtidai məktəbdə atışma baş verib. Nəticədə bir uşaq ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə təxminən saat 09:15-də (Bakı vaxtı ilə saat 17:15) baş verib. Polis insident zamanı bir azyaşlının yaralanması haqqında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Hadisədən sonra şagirdlər məktəbdən təxliyə edilib, hazırda araşdırma aparır.

Atəş açmaqda şübhəli bilinən şəxsin axtarışları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR