ABŞ-da ninza geyimində olan kişi qılıncla hərbçilərə hücum edib

ABŞ-da ninza geyimində olan kişi qılıncla hərbçilərə hücum edib
# 02 oktyabr 2021 08:22 (UTC +04:00)

ABŞ-da, ninza qiyafəsi geyinmiş 35 yaşlı Gino Rivera adlı kişi əlində qılınc xüsusi təyinatlı qüvvələrin hərbçilərinə hücum edib.

APA xəbər verir ki, bu barədə “Stars and Stripes” portalı məlumat yayıb.

Yerli polisin məlumatına görə, hadisə Los -Ancelesin şimalında yerləşən “Inyokern” aerodromunda baş verib.

Şübhəli anqar pəncərəsindən daş ataraq hərbçilərdən birinin başına xəsarət yetirib.

O, hadisə yerinə cəlb edilən polislərin qarşısına da qılıncla çıxaraq onlara xəsarət yetirmək istəyib, lakin zərərsizləşdirilib.

Xatırladaq ki, bundan əvvəl oxşar hadisə Madriddə baş vermişdi. Əllərində 2 qılınc olan yarıçılpaq adam polislərə hücum edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını hədələyərək polis maşınlarının şüşələrini sındırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR