ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb

ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb
# 12 iyul 2021 03:40 (UTC +04:00)

ABŞ-ın Texas ştatında silahlı insident baş verib.

APA yerli “El Paso Times” qəzetinə istinadən xəbər verir ki, hadisə El Paso şəhərinin yaxınlığında turistlərin əyləcə kimi istifadə etdiyi səhrada baş verib.

Polis hadisə yerinə gələndə 21 yaşlı gəncin öldüyünü və 5 nəfərin ağır yaralandığını aşkarlayıb.

Atışmanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR