ABŞ-da silahlı insident nəticəsində azı 3 nəfər ölüb

ABŞ-da silahlı insident nəticəsində azı 3 nəfər ölüb
# 25 may 2021 08:36 (UTC +04:00)

ABŞ-ın Ohayo ştatının Uest Cefferson şəhərində silahlı incident baş veriib.

APA NBC telekanalına istinadən xəbər verir ki, Cakson küçəsindəki evlərdən birində üç nəfərin güllənmiş cəsədi tapıldı.

Binanın ətrafında daha bir neçə meyitin olduğu bildirilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, onların dəqiq sayı hələ bilinmir. Atışma yerli vaxtla saat 17:27-də baş verib.

Hadisə yeri mühasirəyə alınıb, polis əraziyə baxış keçirir. Polis ölənlərin kimliyini müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR