ABŞ-da silahlı insident olub, yaralılar var

ABŞ-da silahlı insident olub, yaralılar var
# 11 iyul 2021 08:41 (UTC +04:00)

ABŞ-ın Massaçusets ştatında, Boston şəhərinin Dorçester bölgəsində baş vermiş atışma nəticəsində azı 4 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “NBC” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 18:00-da (Bakı vaxtı ilə saat 02:00) baş verib. Atışma nəticəsində dörd nəfərin yaralandığı açıqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsidentlə əlaqədar hələlik heç kim saxlanılmayıb. Hadisə ilə bağlı istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR