ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb
# 23 oktyabr 2021 22:16 (UTC +04:00)

ABŞ-ın Corciya ştatının Fort-Valli şəhərində silahlı insident baş verib.

APA “Fox News”a istinadən xəbər verir ki, hadisə tələbələrin təşkil etdiyi şənlikdə baş verib.

Hüquq -mühafizə orqanlarından verilən məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat verilməyib.

Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR