ABŞ-da təcavüzkardan qorunan polisin açdığı atəş nəticəsində 3 nəfər ölüb 

ABŞ-da təcavüzkardan qorunan polisin açdığı atəş nəticəsində 3 nəfər ölüb 
# 18 oktyabr 2021 08:21 (UTC +04:00)

ABŞ-ın Arkanzas ştatında bıçaqla silahlanmış təcavüzkardan müdafiə olunan polisin açdığı atəş nəticəsində azı 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Hadisə bazar günü ştatın ikinci böyük şəhəri olan Fort Smitdə baş verib.

Polisdən verilən məlumata görə, zabit xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Hadisənin təfərrüatları açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR