ABŞ-da ticarət mərkəzində silahlı insident baş verib, ölən və yaralanan var - YENİLƏNİB

ABŞ-da ticarət mərkəzində silahlı insident baş verib, ölən və yaralanan var - YENİLƏNİB
# 26 oktyabr 2021 04:26 (UTC +04:00)

APA-nın yerli televiziyalara istinadən məlumatına görə silahlı insidentdə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Polis insanları ərazidən təxliyə edib. Hadisə yerində ekspert qrupu işləyir.

***

saat 01.06

ABŞ-ın Aydaho ştatında silahlı insident baş verib.

APA xəbər verir ki, bu barədə yerli polis "Twitter" səhifəsində məlumay verib.

Hadisə Boys şəhərindəki ticarət mərkəzlərindən birində qeydə alınıb. 6 nəfərin yaralındığı bildirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR