ABŞ-da yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb

ABŞ-da yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb
# 27 iyul 2021 04:53 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Serfsayd şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” ölənlərdən birinin yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, xilasedicilər dağıntılar altından meyiti çıxarılan sonuncu şəxsin kimliyini müəyyənləşdiriblər. Bununla da ölənlərin ümumi sayı 98 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR