ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri koronavirusa yoluxub

Ned Prays

© APA | Ned Prays

# 28 sentyabr 2021 02:18 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Praysın bu gün koronavirus testinin cavabı müsbət olub.

APA xəbər verir ki, Prays bu barədə “Twitter” hesabında yazıb.

O, özünü pis hiss etdiyini qeyd edib və xəstəliyin şiddətindən qorunmaq üçün peyvənd olunduğunu bildirib.

Prays yaxın on gün ərzində karantində olacağını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR