ABŞ dövlət katibi Britaniya XİN rəhbəri ilə Əfqanıstan və İranı müzakirə edib

ABŞ dövlət katibi Britaniya XİN rəhbəri ilə Əfqanıstan və İranı müzakirə edib
# 21 sentyabr 2021 06:13 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass Əfqanıstan, İran və Hind-Sakit okean bölgəsindəki vəziyyəti müzakirə ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın açıqlamasında deyilir.

Blinken və Trass arasındakı görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub. Onlar “Əfqanıstandakı vəziyyəti, iqlim böhranının aradan qaldırılması, İran, açıq və azad Hind-Sakit Okean bölgəsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi kimi bir sıra məsələləri” müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR