ABŞ Əfqanıstandan 3,2 mindən çox insanı təxliyə edib

ABŞ Əfqanıstandan 3,2 mindən çox insanı təxliyə edib
# 18 avqust 2021 06:03 (UTC +04:00)

Amerika rəhbərliyi 17 avqust tarixində Əfqanıstandan ABŞ-da yaşamaq icazəsi olan təxminən 1100 ABŞ vətəndaşı və onların ailə üzvlərini təxliyə edib.

APA TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son bir neçə gündə Əfqanıstandan 3200-dən çox insan təxliyə olunub.

“Bu gün ABŞ hərbi uçuşları ilə təxminən 1100 ABŞ vətəndaşı, ABŞ-nin daimi sakinləri və onların ailə üzvləri təxliyə edilib. Bu rəqəmlərin artacağını gözləyirik”, - o belə deyib.

Bildirilib ki, ümumilikdə 13 reys həyata keçirilib.

“İndiyə qədər heyətimiz də daxil olmaqla 3,2 mindən çox insanı təxliyə etdik. Bu 3,2 mindən çox təxliyə olunanlardan əlavə ABŞ-yə xüsusi immiqrasiya vizası üçün müraciət edən 2 mindən çox əfqanı köçürdük”, - deyə Ağ Ev nümayəndəsi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR