ABŞ "Əl-Qaidə"nin hədəfini açıqlayıb

Mark Milli

© APA | Mark Milli

# 28 sentyabr 2021 22:23 (UTC +04:00)

“Əl Qaidə” hələ də Əfqanıstandadır və ABŞ-a zərbə endirməyi hədəfləyir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Milli bildirib.

“Əgər öz imkanlarını bərpa edə bilsələr, onların zərbə vurmaq niyyətləri var. Düşünürəm ki, “Əl-Qaidə” hələ də ABŞ-la müharibədə vəziyyətindədir", - deyə Milli Senatdakı dinləmələr zamanı qeyd edib.

Onun fikrincə, “Əl-Qaidə” hələ də Əfqanıstandadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR