ABŞ Filippinə 2,43 mlrd. dollarlıq "F-16" qırıcıları satmağı planlaşdırır

ABŞ Filippinə 2,43 mlrd. dollarlıq "F-16" qırıcıları satmağı planlaşdırır
# 25 iyun 2021 07:16 (UTC +04:00)

ABŞ Filippinə 2,43 milyard dollar dəyərində “F-16 Block 70/72” qırıcıları və digər hərbi texnika tədarük etmək niyyətindədir. Bundan başqa, Vaşinqton Manilaya “AIM-9X Sidewinder Block II” (42,4 milyon dollaradək) və “AGM -84L-1 Haroon Block II” (120 milyon dollaradək) raketlərini satmağı planlaşdırır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti, həmçinin Pentaqonun tabeliyində olan müvafiq dövlət qurumu məlumat yayıb.

ABŞ-ın xarici siyasət idarəsi tərəfindən də təsdiqlənmiş bu müqavilələrin icrasına rəsmi qaydada icazə verilib. Amerika administrasiyası artıq ABŞ Konqresini də qərar barədə məlumatlandırıb. Hazırda ABŞ qanunverici orqanının yeni müqavilələri incələməsi və onların mümkün bloklanması üçün 30 gün vaxtı var.

Sənədlərdə qeyd olunur ki, söhbət Filippinə on “F-16C Blok 70/72” və iki “F-16D Blok 70/72” təyyarələrinin çatdırılmasından gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR