ABŞ hərbçiləri azı 70 çən Suriya neftini İraqa daşıyıb

ABŞ hərbçiləri azı 70 çən Suriya neftini İraqa daşıyıb
# 15 sentyabr 2021 05:03 (UTC +04:00)

ABŞ hərbçiləri Suriyanın şimal-şərqində nəzarət etdikləri ərazilərdən azı 70 çən Suriya neftini çıxarıblar.

APA xəbər verir ki, bu barədə “Al Manar” telekanalı məlumat yayıb.

Məlumata görə, neft çənlərinin daşındığı avtomobil karvanı ciddi mühafizə altında “Əl-Valid” nəzarət-buraxılış məntəqəsi vasitəsilə İraqa istiqamətlənib.

Telekanal bildirir ki, neft ABŞ ordusunun və kürd birləşmələrinin əlində olan Deyr-əz-Zor və Haseke əyalətlərindəki yataqlardan hasil olunub. Yerli mənbələrin məlumatına görə, həmçinin hərbi xidmətini başa vuran əsgər və zabitlərin olduğu bir neçə ABŞ helikopteri də İraqa uçub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR