ABŞ hərbçiləri Suriyada atəşə tutulublar

ABŞ hərbçiləri Suriyada atəşə tutulublar
# 11 iyul 2021 03:41 (UTC +04:00)

ABŞ hərbçiləri Suriyada atəşə tutulublar.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Xəsarət alanlar və ziyan barədə hələlik bir məlumat verilməyib.

Adı açıqlanmayan nazirlik nümayəndəsi hücumun Suriyanın şərqində, Deyr-əz-Zor əyalətinin Konoko bölgəsində baş verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR