ABŞ-ın 3 hava limanında “Anri” fırtınası səbəbindən uçuşlar ləğv edilib

ABŞ-ın 3 hava limanında “Anri” fırtınası səbəbindən uçuşlar ləğv edilib
# 22 avqust 2021 21:20 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatının 3 hava limanında “Anri” fırtınası səbəbindən uçuşlar ləğv edilib.

APA xəbər verir ki, bu barədə “New Jersey” hava limanı idarəsinin rəhbəri Rik Kotton bildirib.

“John Kennedy”, “LaGuardia” və “New Jersey” hava limanlarında bəzi uçuşların təxirə salındığı vurğulanıb.

Qeyd edilib ki, səhər saatlarından etibarilə “LaGuardia”da 23%, “John Kennedy”də 11%, “New Jersey”də isə 22% uçuşlar ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR