ABŞ-ın Baltimor şəhərində atışma olub

ABŞ-ın Baltimor şəhərində atışma olub
# 17 iyun 2021 05:03 (UTC +04:00)

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən atışma zamanı azı bir nəfər ölüb, beş nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə “Baltimore Sun” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, iki-üç nəfər naməlum şəxs odlu silahdan atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.

“Bu, çox həyasızcasına, qorxaqcasına törədilmiş bir mübahisəli atışmadır”, - deyə Baltimor şəhərinin polis komissarı Maykl Harrison hadisəni şərh edib.

Qeyd olunur ki, xəstəxanaya yerləşdirilən beş nəfərin vəziyyəti ağır-kritik qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR