ABŞ-ın Merilend ştatında atışma olub, ölənlər var

ABŞ-ın Merilend ştatında atışma olub, ölənlər var
# 09 oktyabr 2021 05:55 (UTC +04:00)

ABŞ-ın Merilend ştatının Kepitol-Hayts şəhərində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin ikisi də qadındır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərdən birinin cəsədini işlədikləri müəssisənin dəhlizində, ikincisini isə ofisində tapıblar.

Telekanalın məlumatına görə, insidentdə şübhəli bilinən şəxs saxlanılıb. Merilend ştatının Prins-Corces dairəsinin rəhbəri ölənlərin ailələrinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR