ABŞ-ın Rusiyadakı səfiri bu həftə Moskvaya qayıdır

ABŞ-ın Rusiyadakı səfiri bu həftə Moskvaya qayıdır

© APA | ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan

# 22 iyun 2021 00:28 (UTC +04:00)

“ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə Moskvaya dönəcək”

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Prays əlavə edib ki, Vaşinqton bir gün əvvəl ABŞ paytaxtına gələn Rusiyanın səfiri Anatoli Antonovun geri dönməsini alqışlayır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirlərin geri dönməsini razılaşdırmışdılar.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR