ABŞ-ın Tennessi ştatında silahlı insident zamanı 3 nəfər yaralanıb

ABŞ-ın Tennessi ştatında silahlı insident zamanı 3 nəfər yaralanıb
# 04 avqust 2021 07:58 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində “Smile Direct Club” şirkətinin binasında baş vermiş silahlı insident nəticəsində azı 3 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsindən bildirilib.

“Cinayətkar “Smile Direct Club”ın daxilində üç işçini güllələyib. Onlar xəstəxanaya çatdırılıb. Azı birinin vəziyyəti ağırdır. İlkin məlumata görə, cinayətkar hadisəni törədərkən tək olub”, - deyə polisin “Twitter” səhifəsində məlumat verilib.

Məlumata görə, silahlı şəxs özü də şirkətin əməkdaşı olub. O, polis əməkdaşlarından birinin açdığı atəş nəticəsində xəstəxanada ölüb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR