ABŞ-ın “United Airlines” aviaşirkəti 1,9 milyon dollar cərimələnib

ABŞ-ın “United Airlines” aviaşirkəti 1,9 milyon dollar cərimələnib
# 25 sentyabr 2021 07:56 (UTC +04:00)

ABŞ Nəqliyyat Nazirliyi təyyarələrin uzun müddət uçuş zonasında qalmasına və bununla da federal qanunların pozulmasına görə Amerikanın “United Airlines” aviaşirkətini 1,9 milyon dollar cərimələyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

“ABŞ Nəqliyyat Nazirliyi bu gün təyyarələrin uzun müddət uçuş zonasında qalmasını qadağan edən federal qanun və qaydaları pozduğuna görə “United Airlines” şirkətini 1,9 milyon dollar cərimələyib”, - məlumatda belə deyilir.

Məlumata görə, araşdırma göstərir ki, 2015-ci ilin dekabrından 2021-ci ilin fevralınadək aviaşirkət 20 daxili və 5 beynəlxalq uçuş həyata keçirən təyyarələrə sərnişinləri endirmədən uzun müddət uçuş zolağında qalmağa icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR