ABŞ-ın Virciniya ştatında "İda" qasırğası ilə bağlı fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Virciniya ştatında "İda" qasırğası ilə bağlı fövqəladə vəziyyət elan edilib
# 01 sentyabr 2021 03:27 (UTC +04:00)

ABŞ-ın Virciniya ştatının qubernatoru Ralf Nortem ştata yaxınlaşan “İda” tropik qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, şəxsi “Twitter” səhifəsində yazıb.

“Qərbi Virciniyada leysan yağışlara və daşqınlara səbəb ola biləcəyi ehtimal edilən “İda” tropik qasırğası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan etdim”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR