ABŞ kəşfiyyatı COVID-19-un mənşəyi ilə bağlı hesabat yayıb

ABŞ kəşfiyyatı COVID-19-un mənşəyi ilə bağlı hesabat yayıb
# 28 avqust 2021 01:40 (UTC +04:00)

ABŞ kəşfiyyatı yeni növ koronavirus infeksiyasının mənşəyi ilə bağlı araşdırmanı başa çatdırıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Co Baydenə təqdim edilən hesabatdan müvafiq çıxarışlar 27 avqust tarixində dərc olunub.

Bildirilir ki, kəşfiyyat cəmiyyəti virusun mənşəyi ilə bağlı vahid fikrə gəlməyib.

“Bütün qurumlar iki fərziyyənin inandırıcı olduğuna inanırlar: yoluxmuş heyvanla təbii təmas və laboratoriyada baş verən insident”, - deyə sənəddə qeyd olunur. Eyni zamanda, Amerika kəşfiyyatı əmindir ki, COVID-19 bioloji silah kimi hazırlanmayıb.

“ABŞ kəşfiyyat cəmiyyəti bir sıra əsas məsələlərdə geniş razılığa gələ bilib. Hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb. Əksər qurumlar, həmçinin aşağı dərəcədə əminliklə hesab edirlər ki, SARS-CoV-2, çox güman ki, gen mühəndisliyi vasitəsilə yaradılmayıb”, - deyə hesabatda bildirilir.

Hesabatda qeyd edilir ki, ÇXR rəsmiləri pandemiya başlamazdan əvvəl koronavirus haqqında məlumatsız olublar. Amerika kəşfiyyat cəmiyyətinin qənaətinə görə, Çinlə əməkdaşlıq etmədən COVID-19-un dəqiq mənşəyini öyrənmək mümkün deyil. Eyni zamanda qeyd olunur ki, ÇXR rəsmilərinin bu məsələdəki davranışları araşdırmanın yekun nəticələri ilə bağlı Pekinin qərarsızlığını nümayiş etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR