ABŞ kəşfiyyatı: "Əl-Qaidə" "Taliban" sayəsində ölkədə terror aktları təşkil edə biləcək

ABŞ kəşfiyyatı: "Əl-Qaidə" "Taliban" sayəsində ölkədə terror aktları təşkil edə biləcək
# 15 sentyabr 2021 08:19 (UTC +04:00)

Radikal “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti əlində saxlayacağı təqdirdə, “Əl-Qaidə” terror qruplaşması bir-iki ildən sonra ABŞ-da terror aktları təşkil etmək potensialını bərpa edə biləcək.

APA xəbər verir ki, bu barədə “Bloomberg” Amerika kəşfiyyat xidmətlərinin nümayəndələrinin milli təhlükəsizliyə dair təhdidləri qiymətləndirməsinə əsaslanaraq bildirib.

“Mövcud məlumatlara görə, ən ehtiyatlı proqnozlara əsasən, “Əl-Qaidə”nin ən azından ölkəmizə qarşı təhlükə yarada biləcək potensialı formalaşdırması üçün bir ildən iki ilə qədər vaxt lazım olacaq”, - deyə agentlik ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Skott Berrierdən sitat gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR