ABŞ Milli Qvardiyasının hərbçiləri Konqresin ətrafını tərk ediblər

ABŞ Milli Qvardiyasının hərbçiləri Konqresin ətrafını tərk ediblər
# 24 may 2021 01:20 (UTC +04:00)

Yanvarın 6-da baş verən iğtişaşlardan sonra Vaşinqtonda yerləşdirilən Milli Qvardiyanın bölmələri Konqres kompleksinin ətrafını tərk edib.

APA xəbər verir ki, bu barədə TASS-ın Vaşinqtonda olan müxbiri bildirib.

Qeyd edilib ki, artıq güc strukturlarının əməkdaşları Kapitoliya binası yaxınlığında xidmətə cəlb edilməyiblər.

Xatırladaq ki, Pentaqon sözçüsü Con Kirbi çərşənbə günü hərbçilərin Konqres binası ətrafında yerləşdirilməsinin 23 may tarixindən sonra davam etdirilməsi barədə göstəriş almadıqlarını vurğulayıb.

Məlumat üçün bildirək ki, bu il yanvarın 6-da sabiq ABŞ prezidenti Donald Trampın tərəfdarları, keçən il 3 noyabrda keçirilən prezident seçkilərində Co Baydenin qələbəsini əks etdirən nəticələrin təsdiqlənməsinin qarşısını almaq üçün Konqresin binasına basqın etmişdilər. Asayişi təmin etmək məqsədilə əraziyə 2 minsən çox Milli Qvardiyanın hərbçiləri yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR