ABŞ-nin Albukerke şəhərində 4 polis atışma zamanı yaralanıb

ABŞ-nin Albukerke şəhərində 4 polis atışma zamanı yaralanıb
# 20 avqust 2021 00:14 (UTC +04:00)

ABŞ-nin Nyu-Meksiko ştatının Albukerke şəhərində cinayətkarlarla atışma zamanı 4 polis əməkdaşı yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti ağırdır.

“Birinci polis sinə nahiyəsindən yaralanıb, hazırda vəziyyəti ağırdır, cərrahi əməliyyat olunur. İkincisi qolundan yaralanıb, cərrahlar tərəfindən müalicə olunur. Üçüncü polis əməkdaşının güllə keçirməyən gödəkçəsi onun həyatını xilas edib. Dördüncüsü qəlpə yarası alıb”, - deyə polis nümayəndəsi mətbuat üçün keçirilən brifinqində bildirib.

Qeyd edilir ki, insident polisə şəhərin şərq hissəsində soyğunçuluq barədə məlumat gəlməsindən sonra baş verib. Hazırda bir nəfər şübhəli kimi saxlanılıb, ikincisi hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR