ABŞ-nin Tennessi ştatında daşqınlar nəticəsində 10 nəfər ölüb

ABŞ-nin Tennessi ştatında daşqınlar nəticəsində 10 nəfər ölüb
# 22 avqust 2021 07:58 (UTC +04:00)

ABŞ-nin şərqindəki Tennessi ştatında sel və daşqınlar nəticəsində ikisi uşaq olmaqla azı 10 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı Hamfris dairəsinin şerifi Kris Devisə istinadən məlumat yayıb.

Məlumata görə, daha 31 nəfər itkin düşüb.

İtkin düşmüş yaxınlarını və dostlarını axtaran insanlara kömək məqsədilə şənbə günü axşam dairəsə mərkəz yaradılıb.

Tennessi ştatında daşqınlar avqustun 20-dən bəri yağan güclü yağışlar səbəbindən meydana gəlib. Bəzi şəhərlərdə gündəlik yağıntı rekordu müşahidə edilib. Tennessi ştatının fövqəladə hallar agentliyi daşqın səbəbindən üçüncü təhlükə səviyyəsi elan edib, sakinlərə avtomobil sürməmək, su basan ərazilərdən uzaq qalmaq tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR