ABŞ öz tərəfdaşları ilə "Taliban"ın tanınması imkanlarını müzakirə edir

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays

© APA | ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays

# 28 avqust 2021 02:42 (UTC +04:00)

Birləşmiş Ştatlar müntəzəm və davamlı olaraq öz müttəfiqləri və tərəfdaşları ilə Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının diplomatik şəkildə tanınmasının mümkünlüyünü müzakirə edir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə bildirib.

“Tanınma məsələsinə gəldikdə, biz bunu müzakirə etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla mütəmadi və davamlı şəkildə əlaqə saxlayırıq”, - Prays belə deyib.

Onun sözlərinə görə, ABŞ “Taliban” tərəfindən bir sıra müsbət və konstruktiv siqnallar görüb, lakin “Taliban” rejiminin Əfqanıstan hakimiyyəti olaraq tanınmasının mümkünlüyündən danışmaq hələ tezdir.

Ağ Evin mətbuat katibi Cen Psaki isə cümə günü keçirdiyi brifinqdə bildirib ki, ABŞ və müttəfiqləri “Taliban” üçün yaxın zamanlarda heç bir hüquqi status tanımayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR