ABŞ Rusiyadakı diplomatik nümayəndəliklərin 182 yerli əməkdaşını işdən kənarlaşdıracaq

ABŞ-ın dövlət katibi Entoni Blinken

© APA | ABŞ-ın dövlət katibi Entoni Blinken

# 31 iyul 2021 08:41 (UTC +04:00)

Vaşinqton Rusiyanın Moskva, Vladivostok və Yekaterinburq şəhərlərindəki diplomatik obyektlərdə çalışan 182 yerli işçini işdən çıxarmalı olacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bunu əcnəbilərin işə götürülməsinə qoyulan məhdudiyyətlərlə əlaqələndirib.

“Bu cansıxıcı tədbirlər ABŞ-dakı missiyalarımızın işinə ciddi təsir göstərəcək ki, bura potensial olaraq personalımızın təhlükəsizliyi, eləcə də və Rusiya hakimiyyəti ilə diplomatik təmas imkanları daxildir”, - Amerika diplomatiyasının rəhbəri belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR