ABŞ Suriyada "Əl-Qaidə" liderlərindən birini məhv edib

ABŞ Suriyada "Əl-Qaidə" liderlərindən birini məhv edib
# 21 sentyabr 2021 04:21 (UTC +04:00)

ABŞ ordusu Suriyanın şimal-qərbində, İdlib şəhəri yaxınlığında “Əl-Qaidə” terror təşkilatının yüksək rütbəli liderlərindən birinə zərbə endirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi deyib

Onun sözlərinə görə, hədəf məhv edilib. Kirbi zərbənin ABŞ Mərkəzi Komandanlığına məxsus PUA vasitəsilə endirildiyini bildirib.

“Mülki şəxslər arasında itkilərin olduğunu güman etmək üçün heç bir səbəb yoxdur”, - Kirbi belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR