ABŞ Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirir

ABŞ Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirir
# 01 sentyabr 2021 07:08 (UTC +04:00)

ABŞ və Ukrayna arasında imzalanması üçün hazırlanmış müdafiə məsələləri üzrə müqavilə Qara dəniz, kibertəhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlıqları genişləndirir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqondan bildirilib.

Qeyd olunur ki, sənəddə silah istehsalı sahəsində əməkdaşlıq da yer alacaq.

Pentaqon rəhbəri Lloyd Ostin Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə bildirib ki, ABŞ prezidenti Co Bayden Kiyevə 60 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib. Paketə “Javelin” tankəleyhinə raket sistemlərinin (ATGM) tədarükü daxildir.

Ostin əlavə edib ki, Vaşinqton Kiyevin NATO-ya üzv olmaqla bağlı istəyini alqışlayır.

“Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və Avroatlantik istəklərinə dəstəyimiz sarsılmazdır”, - Ostin belə deyib.

Qeyd edək ki, V.Zelenski hazırda Vaşinqtonda işgüzar səfərdədir və bu gün prezident Co Baydenlə görüşəcək. Görüşün əsas mövzuları arasında Donbasda münaqişənin sülh yolu ilə həllinə amerikalıların cəlb olunması, eləcə də “Şimal axını – 2” layihəsi və Ukraynanın enerji təhlükəsizliyinin təminatı məsələləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR