ABŞ Ukraynaya 60 milyon dollar yardım edəcək

ABŞ Ukraynaya 60 milyon dollar yardım edəcək
# 28 avqust 2021 05:28 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinin rəhbərinə Ukraynaya kömək məqsədilə 60 milyon dollar ayrılması barədə tapşırıq verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.

Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış sənədə əsasən, Baydenin imzaladığı memorandumda qeyd olunur ki, vəsait Pentaqonun büdcəsindən ayrılacaq.

Sənəddə deyilir ki, ABŞ prezidenti Ukraynaya “Müdafiə Nazirliyində müdafiə xərcləri və xidmətlər, habelə hərbi təhsil və təlim üçün nəzərdə tutulmuş vəsaitdən” 60 milyon dollara qədər vəsait yönəltməyi tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR