ABŞ və onun müttəfiqləri Əfqanıstandan daha 11 min nəfəri təxliyə ediblər

ABŞ və onun müttəfiqləri Əfqanıstandan daha 11 min nəfəri təxliyə ediblər
# 24 avqust 2021 08:03 (UTC +04:00)

ABŞ ordusu və onun müttəfiqləri avqustun 23-də Əfqanıstandan 50 reyslə təxminən 11 min adamı təxliyə ediblər.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

“23 avqust tarixində şərq sahili ilə saat 03:00-dan 15:00-dək (Bakı vaxtı ilə saat 11:00-23:00) Kabildən ümumilikdə 10,9 min insan təxliyə edilib”, - deyə mesajda bildirilir.

ABŞ hərbçiləri bu müddət ərzində 6,6 min adamı götürərək 15 uçuş həyata keçiriblər. Onların koalisiya müttəfiqləri isə 34 təyyarə ilə daha 4,3 min nəfəri təxliyə ediblər.

“14 avqustdan bəri ABŞ Əfqanıstandan təxminən 48 min insanın təxliyə edilməsini və ya təxliyəsinin asanlaşdırılmasını təmin edib. İyul ayının sonundan bu yana təxminən 53 min adam köçürülüb”, - deyə Ağ Evin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR