Ağ Ev: ABŞ-da "delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq edilməyəcək

Ağ Ev: ABŞ-da "delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq edilməyəcək
# 03 avqust 2021 05:11 (UTC +04:00)

“Vaşinqton rəhbərliyi yeni “delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında deyib.

Psaki bildirib ki, 2020-ci ilin martında olduğu kimi, xidmət sahələrinin fəaliyyəti dayandırılmayacaq: “Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik… Prezident Co Baydenin dediyi kimi, səhiyyə mütəxəssislərinin tövsiyələrinə əsaslanaraq addım atılacaq”.

Psaki, həmçinin ölkədə məcburi peyvənd tətbiq edilməsinə də münasibət bildirib: “Məcburi peyvəndin tətbiq edilməsi müzakirə edilməyib. Lakin işəgötürənlər işçilərinin peyvənd edilməsini tələb etmək hüququna sahibdirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR