Ağ Ev: ABŞ İranla nüvə anlaşması ilə bağlı gələcək danışıqlara hazırdır

Ağ Evin mətbuat katibi Jen Psaki

© APA | Ağ Evin mətbuat katibi Jen Psaki

# 22 sentyabr 2021 02:38 (UTC +04:00)

“Vaşinqton rəhbərliyi İranla nüvə anlaşması ilə bağlı əlavə məsləhətləşmələrə hazırdır, lakin danışıqların yeni mərhələsi üçün heç bir tarix açıqlanmayıb”.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Jen Psaki brifinqdə deyib.

Ağ Ev sözçüsü əlavə edib ki, diplomatik əlaqələr üçün qapı açıq olaraq qalır: "Nümayəndə heyətimiz ən yaxşı yolun dialoq saxlamaq, məsləhətləşmələr aparmaq olduğunu və danışıqlara qayıda biləcəyimizi hər zaman vurğulayıb. Hazırda bunun nə vaxt olacağı ilə bağlı yeni bir məlumatım yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR