Ağ Ev Bayden-Ərdoğan görüşünün yeri və tarixini açıqlayıb

Co Bayden və Rəcəb Tayyib Ərdoğan

© APA | Co Bayden və Rəcəb Tayyib Ərdoğan

# 03 iyun 2021 18:48 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, görüş NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq.

Görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR