Ağ Ev Baydeni xilas etmiş əfqan tərcüməçini ölkədən çıxaracağına vəd verib

Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki

© APA | Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki

# 01 sentyabr 2021 05:27 (UTC +04:00)

ABŞ hakimiyyəti bir vaxtlar prezident Co Baydenlə işləyən və Amerika qoşunları Əfqanıstandan çıxanadək ölkəni tərk etməyə vaxt tapmayan yerli tərcüməçini oradan çıxaracaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

Qeyd edək ki, “The Wall Street Journal” bundan bir qədər əvvəl ABŞ-dan kömək istəyən bir əfqan tərcüməçi haqqında məlumat vermişdi. Qəzetin yazdığına görə, Məhəmməd adlı həmin tərcüməçi 13 il əvvəl Əfqanıstana səfər edən və o vaxtlar ABŞ senatoru olan Co Baydenlə birlikdə işləyib və hətta Baydenin olduğu helikopter qar fırtınasına düşdüyü üçün təcili eniş edib. Bu vaxt onun köməyinə gedən dəstənin içərisində Məhəmməd də olub.

“Son 20 ildə bizim tərəfimizdən mübarizə apardığınız üçün sizə təşəkkür edirəm. Qar fırtınasında mənim üçün əziz olan bəzi insanlara kömək etdiyiniz üçün təşəkkür edirik... Biz sizi oradan çıxaracağıq, sizin xidmətinizə görə layiq olanı edəcəyik. Məhz bunu etmək niyyətindəyik”, - deyə Psaki Ağ Evin tərcüməçiyə nə deyə biləcəyi ilə bağlı sualın cavabında bildirib.

Məqalədə qeyd olunur ki, hazırda tərcüməçi “Taliban”dan gizlənmək məcburiyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR