Ağ Ev Baydenlə Roma Papası arasında dialoqun konstruktiv olacağına inanır

ABŞ Prezidenti Co Bayden Roma Papası Fransisk

© APA | ABŞ Prezidenti Co Bayden Roma Papası Fransisk

# 28 oktyabr 2021 01:42 (UTC +04:00)

“ABŞ Prezidenti Co Baydenlə Roma Papası Fransisk cümə günü Vatikanda yoxsulluq, iqlim dəyişikliyi böhranı ilə mübarizə, COVID-19 pandemiyasını müzakirə edəcək və onların dialoqunun konstruktiv olacağı gözlənilir”.

APA-nın məlumatına görə, bu barədə çərşənbə günü Ağ Evin mətbuat katibi Cen Psaki brifinqində bildirib.

Psaki deyib ki, ABŞ lideri ilə Papa həmfikirdirlər və onlar bir sıra məsələlərdə – yoxsulluq, iqlim böhranı, COVID-19 pandemiyası ilə bağlı razılığa gəlirlər: “Bütün bunlar son dərəcə vacib məsələlərdir. Görüşdə bu məsələlər əsas müzakirə mövzusu olacaq”.

Psakindən, həmçinin, Baydenin Müqəddəs Taxt-Tacın rəhbəri ilə abort məsələsini müzakirə etmək niyyətində olub-olmadığı soruşulub.

“Prezidentin mövqeyi ilə tanışsınız. Bayden qadının seçim hüququnu dəstəkləyir və bunu vacib sayır. Papanın fərqli baxış bucağı var”, deyə cavab verib.

Mətbuat katibi xatırladıb ki, cümə günü Baydenlə Papanın sayca dördüncü görüşü baş tutacaq

Qeyd edək ki, Bayden Romada keçiriləcək G20 Liderlərinin Sammitində və Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-26) 26-cı Tərəflər Konfransında iştirak etmək üçün cümə axşamı Avropaya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR