Ağ Ev: Məmurlar peyvənddən imtina edərsə, vəzifədən azad ediləcək - VİDEO

Ağ Ev

© APA | Ağ Ev

# 10 sentyabr 2021 04:16 (UTC +04:00)

“ABŞ federal hökumət rəsmiləri koronavirusa qarşı peyvənddən imtina etdikləri halda vəzifələrindən azad olunacaq, lakin işin bu həddə çatmayacağına ümid edirəm”.

APA TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ Prezidentinin mətbuat katibi Cen Psaki brifinqdə deyib.

Jurnalistlərin “məmurlar peyvənddən imtina edərkən intizam tədbiri olaraq onların işdən çıxarılacağı ehtimal olunur” sualını Psaki təsdiq edib: “Doğrudur, lakin ümid edirəm ki, vəziyyət bu həddə çatmayacaq. Bizim vəzifəmiz, əlbəttə ki, peyvəndlərin təhlükəsizliyi, effektivliyi və mövcudluğu haqqında federal hökumət rəsmilərinə məlumat verməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR