Ağ Ev rəsmisi: "ABŞ Çinlə münaqişə axtarmır"

Ağ Evin mətbuat katibi Cen Psaki

© APA | Ağ Evin mətbuat katibi Cen Psaki

# 17 sentyabr 2021 05:04 (UTC +04:00)

ABŞ-ın Hind-Sakit Okean bölgəsində Böyük Britaniya və Avstraliya ilə yeni tərəfdaşlığı Çinə qarşı yönəlməyib və Vaşinqton Pekinlə münaqişə axtarmır.

APA TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “elan edilən tərəfdaşlıq heç bir ölkəyə yönəlməyib”. Psaki bildirib ki, bu qarşılıqlı əlaqə “ABŞ-ın strateji maraqlarının müdafiəsinə” və bölgədə sabitliyi qorumağa hədəflənib.

“Çinə gəlincə, biz ÇXR ilə sərt rəqabətə hazırıq, biz münaqişə axtarmırıq”, - deyə Ağ Ev rəsmisi əlavə edib. O xatırladıb ki, ABŞ prezidenti Co Bayden və ÇXR sədri Si Cinpin bu ayın əvvəlində telefon danışığı aparıblar.

“Biz, əlbəttə ki, liderlər arasındakı dialoqu yüksək səviyyədə dəstəkləmək niyyətindəyik”, - deyə Psaki vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR