Ağ Ev "Taliban"a qarşı sanksiyaları yumşaltmağı düşünmür

Ağ Ev "Taliban"a qarşı sanksiyaları yumşaltmağı düşünmür
# 03 sentyabr 2021 02:31 (UTC +04:00)

ABŞ Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatına qarşı sanksiyaların yumşaldılması imkanlarını hələ də nəzərdən keçirmir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Heç kim güman etməməlidir ki, hazırda “Taliban” əleyhinə sanksiyaların yumşaldılması imkanını nəzərdən keçiririk... Biz “Taliban” liderlərinə qarşı sanksiya təzyiqini və ya onların qlobal maliyyə sisteminə çıxışına ciddi məhdudiyyətləri azaltmamışıq”, - deyə Psaki jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

O əlavə edib ki, ABŞ-ın bu sahədə gələcəkdə atacağı addımlar “Taliban”ın davranışlarına əsaslanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR