Amerikalı müğənni milyarderlər siyahısına daxil edilib

Amerikalı müğənni Robin Rihanna Fenti

© APA | Amerikalı müğənni Robin Rihanna Fenti

# 05 avqust 2021 08:20 (UTC +04:00)

Amerikalı müğənni Robin Rihanna Fentinin sərvəti 1,7 milyard dollara çatıb və bu göstərici onu rəsmi olaraq milyarder edib.

APA xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, müğənni yaradıcısı olduğu “Fenty Beauty” brendi sayəsində təxminən 1,4 milyard dollar qazanıb. Rihanna şirkətin səhmlərinin 50 %-nə sahibdir.

Müğənni “Savage x Fenty” alt paltarı markasının satışından, təxminən 270 milyon dollar əldə edir. Rihannanın qazancının qalan hissəsi isə aktyorluq və musiqi karyerasından qaynaqlanır.

Qeyd edək ki, iyun ayında “Forbes” Rihannanın sərvətinin 600 milyon dollar olaraq qiymətləndirildiyi zaman dünyanın ən zəngin qadın musiqiçisi olduğunu yazmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR