Bayden: "ABŞ İraqda hərbi missiyalarda iştirak etməyəcək"

ABŞ prezidenti Co Bayden

© APA | ABŞ prezidenti Co Bayden

# 27 iyul 2021 00:17 (UTC +04:00)

İraqla gələcək əməkdaşlıq İraq hərbi qüvvələrinin təlimləri və İŞİD-lə mübarizə mövzusunda olacaq, ancaq hər hansı hərbi missiyalar olmayacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərdə kömək etmək, yenidən baş qaldıran İŞİD-lə mübarizədə dəstək olacaq, amma heç bir hərbi missiyada iştirak etməyəcəyik”, - deyə Bayden Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR