Bayden ABŞ kəşfiyyatının Əfqanıstanla bağlı düzgün proqnoz vermədiyini açıqlayıb

Co Bayden

© APA | Co Bayden

# 19 avqust 2021 17:08 (UTC +04:00)

“Qoşunların Əfqanıstandan çıxarılması qərarını verməzdən əvvəl Avropadakı NATO müttəfiqləri ilə müzakirələr apardım. Onlar da razılaşdılar ki, biz Əfqanıstandan çıxmalıyıq”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət başçısı Co Bayden ABC telekompaniyasına müsahibəsi zamanı bildirib.

ABŞ Prezidenti qoşunların Əfqanıstandan çıxarılmasının sadə bir seçim olduğunu və bunun daha təsirli bir şəkildə həyata keçirilə bilməyəcəyini qeyd edib: “Biz keçmişə dönüb baxacağıq, amma hansısa şəkildə xaosa səbəb olmadan Əfqanıstandan çıxmağın bir yolu barədə nəsə deyə bilmərəm, çünki bunun necə olduğunu bilmirəm”.

O, “Taliban”ın Əfqanıstanı hansı müddətə nəzarətə götürəcəyinə dair kəşfiyyatın uğursuzluğu ilə bağlı sualı da cavablandırıb: “Düşünürəm ki, bu məsələdə konsensus yox idi. Geriyə dönüb kəşfiyyat hesabatlarına baxsanız görəcəksiniz ki, “Taliban”ın ölkəyə nəzarəti ilin sonuna proqnozlaşdırılırdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR