Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxmasına aydınlıq gətirib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 17 avqust 2021 01:36 (UTC +04:00)

"ABŞ ordusu əfqanların özləri arasındakı müharibələrə qoşulmayacaq və bunu etməməlidirlər”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden xalqa müraciətində Əfqanıstandan qoşunların çıxarılması qərarına aydınlıq gətirərkən bildirib.

Bayden müraciətində, həmçinin, siyasi karyerasının onilliklər ərzində “geri çəkilmə üçün yaxşı bir vaxt olmadığını” başa düşdüyünü əlavə edib.

ABŞ lideri vurğulayıb ki, ABŞ ordusundan əfqanların özlərini müdafiə edə bilməyəcəkləri bir qarşıdurmaya girmələrini istəmək yanlışlıqdır: “Əfqanıstanın siyasi rəhbərliyi təslim oldu və qaçdı, ordu uğursuzluğa düçar oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR